Son seysmik araşdırmalar İzmirlə bağlı qorxulu ehtimalları ortaya çıxarıb.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, dənizdə aparılan seysmik tədqiqatlar nəticəsində İzmirin xarici körfəzində yeni qırılmaların olması müəyyən edilib.
“Piri Rəis” gəmisi ilə 1 həftə dənizdə tədqiqat aparan seysmoloqların təhlükəli hallar aşlkar etdiklərini deyən Dəniz Elmləri və Texnologiyaları İnstitutunun Dəniz Geologiyası və Geofizikası şöbəsinin professoru. Dr. Derman Dondurur qeyd edib ki, İzmir və ətrafının seysmiklik baxımından aktiv bölgə olduğu bir daha təsdiqini tapıb
"Tarixi prosesdə İzmirdə və ətrafında çoxlu dağıdıcı zəlzələlər olub. 1688-ci ildə İzmirdə baş verən zəlzələ ciddi fəsadlar törətmiş, hətta sunami də baş vermişdi. 1739-cu ildə dağıdıcı zəlzələ olmuşdu".
Mehman
"Bu layihə üçün "Piri Rəis" gəmisində keçən həftə 12 nəfərlik bir qrupla seysmik araşdırma apardıq. Bu araşdırmada təxminən 1000 kilometr seysmik məlumat topladıq. İlkin nəticələr həqiqətən maraqlı idi" dedi. .