Qlobal miqyasda özünü büruzə verən quraqlı, su hövzələrinin quruması Türkiyədən də yan keçməyib. Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, Türkiyənin Manisa şəhərindəki ən böyük göllərdən biri kimi tanınan Mərmərə gölü qurmağa başlayıb.
Mərmərə gölünün quruması oradakı heyvan növlərinin də başqa istiqamətə getməsi ilə nəticələnib. Belə ki, ilin müəyyən dövrlərində Mərmərə gölünün sakininə çevrilən köçəri quşlar yollarını Spil dağı Milli Parkının ətəyində yerləşən Sülüklü gölünə çeviriblər.
Mehman