Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Molla rejiminin çətin günləri qarşıdadır

Molla rejiminin çətin günləri qarşıdadır


ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan verilən məlumata görə, İranda etiraz fəallığı güclənir. Məlumatda bildirilib ki, mövcud rejim müxtəlif sahələrdə böhranla üz-üzədir.

Qeyd olunub ki, bunun əsas səbəbi rejimin səriştəsizliyi və idarəetmənin düzgün qurulmamasıdır: “Dünən, fevralın 28-də İranın 14 əyalətində 20 etiraz aksiyası keçirilib. Onlardan 18-i İranın pisləşən iqtisadi durumu ilə bağlıdır. Bu etirazlar göstərir ki, İranda aksiya iştirakçılarının fəallığı güclənir.

Məlum olduğu kimi, İranda aksiyalar sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb. Artıq beş aydan çoxdur ki, aksiyalar davam edir.

Əvvəllər də dediyimiz kimi, aksiyalarda Qərbin əlinin olması ehtimalı böyükdür. Əks halda etirazlar bu qədər mütəşəkkil olmaz və indiyədək çoxdan yatırılardı. Göünür, aksiyalara kənardan dəstək verilir.

İran “Şahed” PUA-ları ilə Ukraynadakı müharibədə Rusiyaya dəstək verir. Bu da Qərbin Tehrana qarşı təzyiqlərinin artırılmasına şərait yaradır.

İrandakı aksiyaların yaxın gələckdə səngiyəcəyi ağlabatan görünmür. Əksinə, yəqin ki, etirazlar eyni templə davam edəcək və daha da dərinləşəcək.

Nəzərə almaq lazımdır ki, Qərbin İranla bağlı konkret məqsədləri var. ABŞ və müttəfiqləri bu hədəflərinə çatanadək mübarizə aparacaqlar. Böyük ehtimalla etirazlar konkret məqsədlərinə çatanadək davam edəcək.

Aksiyaların rejim dəyişikliyi ilə nəticələnməsi də mümkündür.

Beləliklə, molla rejiminin çətin günləri hələ qarşıdadır.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş