Birləşmiş Ştatlar tik-tok sosial şəbəkəsini məhdudlaşdırmaq, yaxud onu bloklamaq niyyətindədir. Hər halda bunu Ağ Evin sözçüsü Karina Jean Pierrenin açıqlamalarından aydın görmək olur.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, Ağ Ev sözçüsü keçirdiyi ənənəvi mətbyat konfransında tik-tokun Birləşmiş Ştatların təhlükəsizliyi üçün təhdid yaratdığını və bu səbəbdən də onun qapanmasının zəruri olduğunu vurğulayıb.
O, artıq Ağ Evdə çalışanların tik-tokdan istifadə etmədiyini, bu sosial şəbəkənin ölkənin təhlükəsizliyi üçün təhdid yaratdığını Birləşmiş Ştatlar prezidenti Co Baydenin də bildiyini sözlərinə əlavə edib.
Mehman