Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kılıçdaroğlunun hətta terrorun leqal qolunu belə masaya dəvət edirik mesajı

Kılıçdaroğlunun hətta terrorun leqal qolunu belə masaya dəvət edirik mesajı


"Türkiyə müxalifətinin "6-lı Masa" siyasi koalisiyası yekdil qərar qəbul edə bilmədi. Məhz bu səbəbdən koalisiya üzvü olan İYİ partiyasının sədri Meral Akşener "6-lı Masa"dan ayrılmaq qərarı verdi. Hələlik "6-lı Masa" dağılmış vəziyyətdə, sayıla bilər".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, ancaq bu koalisiyada yer alan partiyalar, görüşlərini davam etdirmələri üçün, "5-li masa " və yaxud daha çox sayda masa üzvü olaraq davam edə bilərlər və buna bənzər bəyanat artıq CHP- dən gəldi:

"Bu fonda ən əsas məsələ, Meral Akşenerin yaratdığı siyasi zəlzələnin dağıdıcı təsirinə bağlıdır. Bu siyasətin, siyasi masaya bundan sonrakı dövrdə, necə və nə qədər təsir göstərəcəyini nəzərə alsaq, 14 mayda keçiriləcək prezident seçkilərinin Türkiyə üçün nə qədər həssas olduğunu və kritik bir dönəmə girdiyinin irəlidəki günlərdə şahidi olacağıq".

Ekspert deyib ki, CHP lideri Kemal Kılıcdaroğlunun Meral Akşenerin ayrılaraq gedişinin ardınca verdiyi bəyanatda, maraqlı nüansların olduğunu da gördük:

"Mənə Kılıçdaroğlunun "Masamız genişlənəcək və ölkənin bütün rənglərini bu masada birləşdirəcəyik" cümləsi bir az tələskənliyə yol verildi kimi gəldi. Masanın genişlənməsi və daha da rəngarəng olması o anlama gələ bilər ki, bu sağçı, solçu, mərkəzçi, liberal, demokrat, kommunist və hətta terrorun leqal qolunu belə bu masaya dəvət edirik mesajı idi. Çünki, koalisiyadan ayrılan Meral Akşenerin "onlar şəxsi ambisiyaları Türkiyədən öndə tutdular", cümləsinə diqqət yetirsək, görərik ki, yuxarıda qeyd etdiyim fikirlər öz əksini tapmış olur. Bundan sonra, Meral Akşenerin atacağı addımlar daha maraqlı olacaq. Sözsüz ki, bu hadisələr önümüzdəki günlərdə özünü göstərəcəkdir".

Mehman
Xəbəri paylaş