Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paris doğru zamanda yanlış məkanda olmaq ənənəsindən əl çəkə bilmir

Paris doğru zamanda yanlış məkanda olmaq ənənəsindən əl çəkə bilmir


Cılız geosiyasi ambisiyalar arxasınca qaçmaq əvəzinə, etiraf və qəbul etmək lazımdır ki, vaxtilə Afrika xalqlarının sosial-iqtisadi qanını sormaqla geostrateji immunitetini artıran Fransa indi beynəlxalq münasibətlər sistemində mənəvi qocalıq və tənhalıq dövrü yaşayan zəif siyasi orqanizm təsiri bağışlayır. Hələ də müstəmləkəçilik təfəkkürü ilə yaşayan qoca qitə vampiri son bir neçə il ərzində Yaxın Şərq və Şimali Afrikada özünü reabilitasiya cəhdləri baş tutmadıqdan sonra Qafqazda yeni mənfəət payı axtarır.

Amma bu, tarixi eyforiya və siyasi taqətsizliyin vəhdətindən yaranan şüursuz eqosentrizmdir. Ona görə də Paris nəzərə almalıdır ki, artıq yeni dövrdür və XXI əsrin üçüncü onilliyində bir sıra bölgələrdə, o cümlədən Qafqazda strateji mənzərəni hansısa müstəmləkəçi dövlətin mürtəce siyasəti təyin etmir. Cənubi Qafqazda isə geosiyasi tarix Azərbaycanın təqvimi, saatlar isə Bakı vaxtı ilə müəyyən olunur, amma...

Görünən odur ki, Paris doğru zamanda yanlış məkanda olmaq ənənəsindən əl çəkə bilmir. İndi Makron ilə Paşinyan “iki bədbəxt bir yerdə xoşbəxtdir” fransız atalar sözünə sadiq olduqlarını sübut etməyə çalışırlar. Necə deyərlər, görünən dağa bələdçi lazım deyil, yaxud doğru sözə nə hacət?!

Nurlan Qələndərli-YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Xəbəri paylaş