"Dünya yenidən dizayn edilir. Dövlət maraqları hər şeydən öndədir. Türkiyə dünyanın diqqət mərkəzində olan, böyük ideallara yüklənmiş dövlətdir. Çox ciddi, iti bucaqlı döngədədir".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən Haqq Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli deyib ki, bu mərhələdə, keçiddə, dongədə atları dəyişməzlər:
"Türkiyənin, Türk dünyasının, regionun, sağlam dünyanın maraqları Ərdoğan iqtidarına bir daha şans tanınmasını diktə edir. Türkiyə başlatdığı və uğurla daşıdığı ağır yükü yaxın 5-6 ilə uğurlu sonluğa çatdırmalıdır! Azərbaycan da eyni durumdadır".
Anar