Dünyəvi proseslər təkcə dövlətlərarası münasibətlərlə tənzimlənmir. Bu proseslər həm də bu və ya digər beynəlxalq təşkilatların fəaliyyəti ilə nizamlanmaya yönəldilir. Son illərin siyasi prosesləri belə problemlərin daha da gərginləşdiyini, belə proseslərə daha həssas yanaşıldığını təsdiqləyir.
COVİD – 19 dünyanı fəlakətlə hədələyəndə ilk mübariz Qoşulmama Hərəkatı oldu və bu Hərəkat indi də əsrin bəlasına qarşı aparılan mübarizənin öncülüdür.
Azərbaycan əksər beynəlxalq tətkilatlarda təmsil olunur. Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə tolerant dövlət kimi tanınan Azərbaycan 2019-2022 illərdə bu Hərəkatın sədrliyinə başladı. Dünyəvi hadisələrə fəal müdaxiləsinə, belə hadisələrin dərinləşməsinin qarşısının alınmasına həssas yanaşdığına görə Azərbaycanın bu Hərəkata sədrliyinin müddəti daha 1 il uzadıldı. Azərbaycan bu Hərəkata sədrliyi ilə dünyada dünyəvi problemlərin həllinin optimallaşdırılmasında gərəkli fəaliyyət göstərdi, indi də göstərir.
Son üç ilin ən qorxulu problemi COVİD – 19 oldu. Azərbaycanın belə bir problemin neytrallaşdırılmasında, həllində liderlik mövqeyi oldu. Belə ki, o, 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısı keçirilməsinə təşəbbüs göstərdi. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad etdi. Nəticə optimal mübarizəni gerçək mübarizə səviyyəsinə çatdırdı. Yəni, COVİD – 19-la mübarizədə Azərbaycan dünyəvi fəaliyyəti ilə fərqləndi.
BMT-yə üzv dövlətlər Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifini dəstəklədilər. Bu, təklifin gərəkliyinin ifadəsi idi. Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirildi və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış etdi. Hər belə tədbir özəlliyi ilə səciyyəvi olur. Bu sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zə¬ruriliyi xüsusi qeyd edildi.
Cari il martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qru¬punun Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gerçəklikləri ifadə edən çıxışı həm maraqla dinlnildi, həm də düşündürücülüyü ilə səciyyəvi oldu. “Peyvənd millətçiliyi” kimi bir münasibətin belə bir fəlakətlə mübarizədə nə səviyyədə problemlər yaratdığıını xatırladan Preidentimiz qeyd etdi ki, Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı olduq.
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı təkcə COVİD – 19-la mübarizə ilə məhdudlaşmadı. Bu çıxış özlüyündə dünyəvi problemlərin yaranmasını, inkişafını qabaqlama niyyəti kimi dinlənildi. Yeni dünya düzəninin yenidən formalaşmaqda olmasına münasibət bildirən Azərbaycan Res¬publikasının Prezidenti cənab İlham Əliyev dedi: “İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qa¬lan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidi”.
Tədbirdə Azərbaycan Respublikasının Prezidnti cənab İlham Əliyev olduqca mühüm bir faktı da xatırlatdı: “Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir”.
Cənab Prezident Zirvə toplantısında ölkə üçün humanitar minatəmizləmənin böyük əhə¬miy¬yətini nəzərə alaraq, Azərbaycanın hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirdiyini, minaların yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngitdiyinə görə Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə gördüyünü, Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq etdiyini də bildirdi. Qeyd etdi ki, Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Azərbaycan Qoşulmama Hərəkatının səsini qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etdi.
Ümumiyyətlə, Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər həmişə yüksək səviyyədə keçir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışları maraqla dinlənilir, dünyəvi siyasətin subyekti olur. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü də belə tarixləşdi...
Zirvə görüşünün iştirakçılrı bu tədbirdə Azərbaycanın tolrerantlığına, dünya nizamının cəfakeşi olduğuna bir daha əmin oldular. Bu əminliyin onların gələcək xarici siyasətinə təsir göstərəcəyinə inanırıq.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı