"Düşünürəm ki, Xətai rayonunda "Bravo" marketdə törədilən cinayətin arxasında duran qüvvələr var".
Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal Anar Salehoğlu səsləndirib. O sözlərinə belə davam edib:
"Dünəndən prosesləri və Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatları izləyirəm. Cinayətkarlardan biri 2001-ci il təvəllüdlü Ruhlan İsmayılov polisə müqavimət göstərdiyinə görə zərərsizləşdirilib. Digər cinayətkar şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir".
Anar Salehoğlu bildirib ki, Azərbaycan xalqı polisə güvənir, etimad göstərir:
2Əminəm ki, tez bir zamanda digər günahkarlar da tapılıb ədalət məhkəməsi qarşısına çıxarılacaqlar. Hadisə nəticəsində həyatını Rüfət Həşimova Allahdan rəhmət, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralı həmvətənimizə şəfa diləyirəm".
Mehman