"Bu gün Azərbaycanın Qarabağ bölgəsində baş vermiş insident nəticəsində qarşı tərəfdən ölən və yaralananlarla yanaşı, ordumuzun hərbi qulluqçularından da şəhid və yaralıların olduğu bildirilir. Burada qeyd etmək lazımdır ki, son vaxtlar baş verən təxribat hallarının yaranmasında birbaşa olmasa da, dolayısı ilə Rusiya hərbiçilərinin əli var".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri politoloq Samir Hümbətov səsləndirib. Onun sözlərinə görə, ona görə ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin 4-cü bəndi icra edilmir:
"Eyni zamanda separatçılara özlərinin himayəsi altında ordumuzun mövqeləri ilə üz-üzə post və müşahidə məntəqələri qurmağa icazə verirlər. Azərbaycanın Qarabağ bölgəsində qanunsuz şəkildə Laçın dəhlizindən silah-sursat keçirməyə şərait yaradırlar. Yəni belə başa düşmək olar ki, Rusiya tərəfi bu hərəkətləri bilərəkdən edir. Bu isə o deməkdir ki, bugünkü baş verən insidentdə separatçılar qədər Rusiya hərbiçiləri də məsuliyyət daşıyırlar və cavab verməlidirlər".
Mehman