Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu təxribatın həyata keçməsində birbaşa Rusiyanın əli var

Bu təxribatın həyata keçməsində birbaşa Rusiyanın əli var


Bu gün səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Allah şəhidlərimizə rəhmət etsin!

Newscenter.az-ın xəbərinə görə, baş vermiş erməni təxribatı ilə bağlı münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, bu təxribatın həyata keçməsində birbaşa Rusiyanın əli var. Çünki rus sülhməramlıları separatçılara ordumuzun mövqeləri ilə üz-üzə postlar qurmağa icazə verirlər:

"Bununla yanaşı ruslar Laçın dəhlizindən qanunsuz silah-sursat keçirməyə də icazə verirlər. Bütün bunlara və rus sülhməramlıların özbaşınalıqlarına görə deyə bilərik ki, bugünkü baş verən insidentdə separatçılar qədər Rusiya hərbiçiləri də məsuliyyət daşıyırlar. Buna görə də seperatçılarla birlikdə onlar da cavab verməlidirlər".

Mehman
Xəbəri paylaş