Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Türk Dünyası Araşdırmaları Vakfi rəhbəri ilə görüşüb

Deputat Türk Dünyası Araşdırmaları Vakfi rəhbəri ilə görüşüb


Türk Dünyası Araşdırmaları Vakfinın rəhbəri Közhan Yazqanın dəvəti ilə Milli Məclisin deputatı İltizam Yusifov onunla görüşüb.

Newscenter.az-ın xəbərinə görə, bu barədə millət vəkili özünün facebook sosial şəbəkə hesabında məlumat verib. İltizam Yusifov qeyd edib ki, görüşdə türkyəli professor doktor Ferruh Tuzçuoğlu da iştirak edib.

Görüş zamanı Türk Dünyası Araşdırmalar Vakfının fəaliyyəti, gördüyü işlər, gələcək planları barədə millət vəkilinə məlumat verilib. Həmçinin əski türk tarixindən, iki qardaş ölkə arasındakı əlaqələrdən və gələcək planlarlardan söhbət açılıb.

Anar
Xəbəri paylaş