Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AAYDA-nın Çağrı Mərkəzi”nə keçən ay nə qədər müraciət daxil olub?

AAYDA-nın Çağrı Mərkəzi”nə keçən ay nə qədər müraciət daxil olub?


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə (0125997975) fevral ayı ərzində 395 zəng daxil olub.

Newscenter.az-a Agentlikdən bildirilib ki, zəng edən vətəndaşların 100 nəfərinin müraciəti yerindəcə,digər 295 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb.

Qeyd edək ki, vətəndaş məmnunluğunun təmin olunması və insanları narahat edən problemlərin qısa müddət ərzində araşdırılaraq cavablandırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən Agentlikdə “Çağrı Mərkəzi” (0125997975) yenidən təşkil edilib, iş fəaliyyəti sistemi qurulub və müasir avadanlıqlarla təchiz edilib.

“Çağrı Mərkəzi”nin yenidən təşkili aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində Agentlikdə görülən işlərin tərkib hissəsidir.

Sevinc
Xəbəri paylaş