Avropa İttifaqı (Aİ) dünən Qarabağda azı beş nəfərin ölümünə səbəb olan hadisənin baş verməsindən dərin təəssüf hiss keçirir.
Newscenter.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stanonun yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, Aİ baş vermiş hadisəni tam şəkildə araşdırmağa, eyni zamanda, bütün maraqlı tərəfləri regional sabitliyi poza biləcək və sülh prosesinə təhlükə yarada biləcək hər hansı növbəti hərəkətlərin qarşısını almağa və təmkinli olmağa çağırıb.
Mehman