Belarusda prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya məhkəmənin qərarı ilə 15 il azadlıqdan məhrum edilib.
Newscenter.az Belarusun Belta dövlət agentliyinə istinadən bildirir ki, xanım siyasətçi hakimiyyəti zorla ələ keçirmək, konstitusiyaya zidd fəaliyyət, sui-qəsd cəhdi, ekstremist qrup yaratmaq və dövlətə xəyanətdə ittiham olunur.
Minsk Şəhər Məhkəməsində keçirilən dinləmə nəticəsində hakim Tixanovskayanın iştirakı olmadan hökm çıxarıb. Həmçinin, o 12 min dollara yaxın cərimə cəzasına məhkum edilib.
Qeyd edək ki, Svetlana Tixanovskaya hazırda Avropada yaşayır. Məhkəmənin qərarı ilə onun barəsində axtarış verilə bilər.
Mehman