Danimarka Müdafiə Nazirliyi əməkdaşlarına kibertəhlükəsizlik tədbirləri çərçivəsində Çin sosial media platforması olan TikTok-dan istifadəni qadağan edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, nazirlik bununla bağlı yazılı açıqlama paylaşıb,
Açıqamada qeyd edilir ki, nazirlik işçilərindən rəsmi xidmətdə istifadə edilən telefonlara TikTok quraşdırmaması və ya quraşdırılmış telefonlardan tik-tokun silinməsi tələb olunur.
Qeyd edək ki, fevarlın 28-də isə Danimarka Parlamenti deputatlara və parlamentin digər işçilərinə TikTok-dan istifadə etməmələri barədə xəbərdarlıq edib.
Mehman