Ümumi təhsil müəssisələrinin direktorları və direktorların işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün təşkil olunmuş təlimlər başa çatıb.
Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş təlimlərin sonuncu günündə ümumi təhsil sahəsində göstərilən elektron xidmətlər, elektron platformalar üzrə fəaliyyətlərin tənzimlənməsi, şagird qəbulu və yerdəyişməsi, məktəb idarəetməsinin əsasları, hesabatlılıq və monitorinq, məktəbdaxili qiymətləndirmə, tədrisdə keyfiyyətin artırılması üçün nəzərdə tutulan tədbirlər və metodiki işin təşkilinə dair məsələlər nəzərə çatdırılıb.
Daha sonra məktəb direktorlarına və direktorların işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlərə müvafiq məsələlər barədə tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.
R.Mehdiyeva