Ötən gün atışmanın baş verdiyi və Azərbaycan hərbçilərinin həlak olduğu torpaq dolama yol vasitəsilə Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə (Xankəndi-Xəlfəli-Turşsu) silah-sursat və yanacağın daşınmasını əks etdirən videosübutlar yayılıb.
Newscenter.az xəbər verir ki, bu barədə “Report” hərbi dairələrdəki öz mənbələrindən videokadrları əldə edən “Caliber”ə istinadən xəbər verir.
Daşınma gecə-gündüz həyata keçirilir və hər iki istiqamətdə nəqliyyatın hərəkəti müşahidə olunur. Məsələn, videokadrın ilk saniyələrində Xankəndidən Ermənistan istiqamətində hərəkət görürüksə, 8 və 39-cu saniyələrdə Ermənistandan Xankəndiyə doğru, 46-cı saniyədən isə yenə Xankəndidən Ermənistana doğru hərəkəti müşahidə etmək olar.
Üçtərəfli bəyanata əsasən, Ermənistanı Azərbaycanın Qarabağ bölgəsi ilə birləşdirən yeganə yol Laçın yolu olmalıdır ki, bu da sırf humanitar məqsədlərə xidmət etməlidir. Rəsmi Bakı məhz buna görə bu yolda hərəkətin təhlükəsizliyinə zəmanət verməyi öhdəsinə götürüb.
“Ermənistan ölkəmizə qarşı təcavüzkar işğalçılıq siyasətini dayandırmır, qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisindəki erməni silahlı birləşmələrini “qidalandırmaqda” davam edir ki, nəticədə dünən hərbçilərimiz həlak olublar”, - “Caliber” yazır.
=]