Azərbaycan 1 milyon məcbri köçkünü öz dogma yurdlarına qaytarmaq üçün intensiv yenidənqurma işləri aparır. 30 illik işğal müddətində Azərbaycan ərazilərində 1 milyon mina basdıran Ermənistan isə hələ də qeyri-leqal olaraq Qarabağa mina daşıyır. Eyni bölgədə iki fərqli yanaşma. Aydındır ki, revanşist meyillər ilə Ermənistan regionda dayanıqlı sülhün formalaşmasına imkan vermir. Amma Azərbaycan ordusu istənilən təxribata cavab vermək gücündədir. Təbii ki, regionun inkişafı üçün ən məqbul yol qarşıdurma deyil, məhz qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyin tanınmasına xidmət edəcək sülh müqaviləsini imzlamaqla yeni səhifəni açmaqdır.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib. O bildirib ki, Ermənistanın təxribatlarına rəğmən Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri davam edir:
"Ötən il işğaldan azad oluna ərazilərimizdə yenidənqurma işlərinə 4 milyard 315 milyon manat ayrılıb. Bütövlükdə, son 2 ildə bu istiqamətə 6.5 milyard manat yönəldilib. 2022-2026-ci illərdə isə işğaldan azad oluna ərazilərimizin bərpa və yenidən qurmasına 19.2 milyard manatın ayrılması nəzərdə tutulub. Qarabağda ərazilərin 15.0 faizi minalardan təmizlənib. Artıq bu ilin sonunda Böyük Qaydışın yeni mərhələsi başlanılacaq. 2026-cı ilədək isə 40 minə yaxın ailə, bütövlükdə 150 mindən çox vətəndaşımız 30 ildən sonra öz ata-baba yurdlarına qayıdacaqlar".
Mehman