Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Estoniyada seçkini bu partiya qazandı -ÖZƏL

Estoniyada seçkini bu partiya qazandı


Baltikyanı ölkə Estoniyada keçirilən seçkilərdə hakim İslahat Partiyası yenidən qələbə qazanıb. Newscenter.az trthaber-ə istinadən bildirir ki, sözügedən partiya seçicilərin 31,2 faiz səsini toplayaraq liderliyi əldə edib.

Beləliklə, baş nazir Kaja Kallasın rəhbərlik etdiyi İslahatlar Partiyası 101 yerlik parlamentdə 37 yerə sahib olub.

Səsvermənin ilkin nəticələri barədə fikirlərini bildirən Kallas "Bu nəticə bizə yaxşı hökumət qurmaq üçün mandat verəcək". deyib.

Qeyd edək ki, 900 mindən çox seçicinin olduğu Estoniyada 9 siyasi partiyanın iştirak etdiyi seçkilərdə 6 partiya parlamentə daxil olmaq üçün tələb olunan 5 faizlik baryeri keçib.

Mehman
Xəbəri paylaş