Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ətin qiyməti niyə qalxır? -ÖZƏL

Ətin qiyməti niyə qalxır?


Son aylarda ölkədə ət və ət məhsullarının qiymətində ciddi dərəcədə artım müşahidə edilir. Hazırda bazarlarda 13-14 manat aralığında satılan mal ətinin qiyməti bayram ərəfəsində 20 manat həddinə qalxır. Bəs, görəsən ətin qiymətində belə ciddi artım nəylə əlaqədardır?

Newscenter.az-ın xəbərinə görə, iqtisadçı Eldəniz Əmirov bunu bir neçə amillə əlaqələndirir. İqtisadçı əsas səbəblərdən biri kimi insanlarının sayının artmasını qeyd edir:

"İnsanlar yarım milyon artıb, heyvanlar bir milyon azalıb. Daha dəqiq desək son 10 ildə kənd təsərrüfatı heyvanlarının sayı son 10 ilin ən aşağı həddinə düşüb. Statistika Komitəsi bildirir ki, 2023-cü il yanvar ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2,62 milyon, xirdabuynuzlu heyvanların sayı isə 7,77 milyon olub. Halbuki, 2016-ci ildə iribuynuzlu heyvanların sayı 2,70 milyon, xırdabuynuzlu heyvanların sayı isə 8,67 milyon idi. Toplasaq görərik ki, 7 il ərzində heyvan sayı bir milyon baş azalıb. Əhali sayı isə 2016-ci illə müqayisədə 500 mindən çox arttıb. 9,7 milyondan artaraq 10,2 milyonu keçib. Beləcə ölkəmizdə insanların sayı son 7 ildə yarım milyon artmış, heyvanlar sayı isə bir milyon azalmışdır".

İqtisadçı heyvanlarının sayının azalmasına səbəb olan amillərdən biri kimi isə yem çatışmamazlığını qeyd edib:

"Başlıca səbəb yem məhsulları amilidir, o cümlədən örüş sahələrinin azalması məsələləridir. Cəmi 20 il əvvəl biçənək və örüş-otlaq sahələri 2 678 000 hektar idi. Amma 2021-ci ildə örüş-otlaq sahələri 2417000 hektara enib, yəni 261 000 hektar azalıb. 261 min hektar heyvandarlıq üçün çox böyük sahədir".

Mehman
Xəbəri paylaş