Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın sonuna az qalıb -ÖZƏL

İranın sonuna az qalıb


“İran rəsmilərinin mütəmadi olaraq Azərbaycan qarşı təxribat xarakterli bəyanatlarına tez-tez rast gəlirik. Azərbaycana qarşı ərazi iddiası və ya Azərbaycan ərazisinin ümumiyyətlə İran ərazisi olduğu kimi fikirlər bəyan edirlər. Hesab etmək olar ki, bununla onların nə demək istədikləri aydındır. Azərbaycanı kiçik düşürmək, onun ərazisini şübhə altında qoymaq, özlərinin böyüklüyünü göstərmək istəyi”.

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Iran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənaninin “Nizami Gəncəvi İranın Gəncə şəhərində anadan olub” fikrinə münasibət bildirərkən səsləndirib. Politoloqun sözlərinə görə, İranın belə rəsmiləri bir şeyi unudurlar ki, indiki İran coğrafiyası min ildən çox türklərin idarəsi altında olub:

“Hələ indikindən də dəfələrlə böyük olub. İran yarananda onun ərazisini isə ingilislər cızıblar”. Azər Qasımov deyib ki, Il dünya müharibəsində isə yenidən farsların əlindən alıb, İran coğrafiyasını öz məqsədləri üçün istifadə ediblər: “Sonra yenidən oyuncaq Pəhləvi fars rejimini İranın başına gətiriblər. Türklərin hakimiyyəti dövründə dünyaya ağalıq edən, imperiyalar quran Türk hakanları etdikləri müharibələrdə düşmənə qarşı kişi kimi döyüşüb əksərən qalib olublar. Amma fars rejimi kimi kimlərinsə oyuncağına çevrilməyiblər”.

Azər Qasımovun sözlərinə görə, Azərbaycana qarşı içiboş iddialar irəli sürənlər öz yaxın tarixlərinə baxsınlar:

“Onsuz da onların yazdığı tarixin sonuna az qalır. Biabırçı tarixlərini də götürüb tarixdən gedəcəkləri günü Azərbaycan xalqı tezləşdirəcək”.


Mehman
Xəbəri paylaş