Ötən gün ermənilərin növbəti təxribatı Azərbaycanı sərhəd buraxılış məntəqəsinin yaradılması istiqamətində qətiyyətli addımlar atmaq məcburiyyətində qoyub. Baxmayaraq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi görüşlərdə bunu qeyri-mümkün hesab etmişdi, ancaq ekspertlər hesab edir ki, elə Rusiya XİN rəhbərinin istinadən etdiyi üçtərəfli bəyanatda bu dolayı yolla əksini tapıb.
Newscenter.az-ın xəbərinə görə, ictimai xadim Əli Məhərrəmli bildirib ki, Laçın dəhlizində nəzrət-buraxılış məntəqəsi yaratmaq üçün Azərbaycan tərəfi heç kəsdən razılıq almalı deyil. “Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir” deyə üçtərəfli bəyanata diqqət çəkən Əli Məhərrəmli bildirib ki, bu ifadə üçtərəfli bəyanatda açıq əks olunub:
"Bu sənədə əsasən, Laçın dəhlizində nəzrət-buraxılış məntəqəsi yaratmaq üçün Azərbaycan tərəfi heç kəsdən razılıq almalı deyil. Təhlükəsizliyi təmin etmək üçün isə nəinki sərhəddə, hətta dəhliz boyunca postlar quraşdırılmalıdır ki, vətəndaşların, nəqliyyat vasitələrinin və malların təhlükəsiz hərəkəti təmin olunsun. Erməni əhalisi də anlamalıdır ki, köstəbək yuvaları ilə patron daşımaq, sursat yığmaq onlara ölümdən-itimdən başqa heç nə qazandırmayacaq".
Mehman