Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Latviya Prezidenti Azərbaycana rəsmi səfər edəcək

Latviya Prezidenti Azərbaycana rəsmi səfər edəcək


Latviya Prezidenti Eqils Levits martın 8-də Azərbaycana rəsmi səfər edəcək.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, Latviya dövlət başçısı Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək.

Üstəlik, E.Levitsin martın 9-dan 11-dək Bakıda keçiriləcək Qlobal Bakı Forumunda iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, X Qlobal Bakı Forumu “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda keçiriləcək. Forumda enerji təhlükəsizliyi məsələləri, Avrasiya məkanında nəqliyyat dəhlizlərinin aktuallığı, Çinin qlobal inkişafda rolu və digər məsələlər müzakirə ediləcək.
Xəbəri paylaş