Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Mariano Qrossi İrana səfərinin yekunları ilə baölı mətbuata açıqlama verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, martın 6-da MAQATE-nin Vyanada keçirilən iclasında çıxış edərək Qrossi İranla müzakirə aparmağın ən doğru seçim olduğunu deyib.
O bildirib ki, iki tərəf arasında əldə olunan razılaşmalar qarşılıqlı əməkdaşlıq mühitinin yaranmasına yol açacaq.
Qrossi Avstriyanın paytaxtı Vyanada keçirilən MAQATE-nin İcraiyyə Şurasının iclasında çıxış edib.
Qrossi bildirib ki, texniki qrup yaxın gələcəkdə yenidən İrana səfər edəcək.
Mehman