Fevralın 6-da baş verən və mərkəzi Kahramanmaraş olan zəlzələlərdən zərər çəkmiş şəhərlərdə açılan Mehmetcik məktəblərində təhsillərini davam etdirən uşaqlar çəkdikləri şəkillərlə və yazdıqları məktublarla əsgər qardaşlarına təşəkkür ediblər.
Newscenter.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi və Milli Təhsil Nazirliyinin təşkilatçılığı ilə zəlzələ bölgəsindəki çadır və konteyner şəhərciklərində açılan Mehmetcik məktəblərində təhsil davam edir.
Zəlzələ bölgəsində fəaliyyətini davam etdirən Mehmetcik məktəblərdə təhsil alan uşaqları da tək qoymayıb.
Zəlzələdən zərər görmüş uşaqlar isə çəkdikləri şəkillərlə və yazdıqları məktublarla əsgər qardaşlarına təşəkkür ediblər.
Milli Müdafiə Nazirliyi sosial media hesabından “Mehmetcik məktəblərində təhsilini davam etdirən övladlarımızın qələmindən əsgər qardaşlarını duyğulandıran şəkillərdən və məktublardan bəziləri” qeydi ilə şagirdlərin duyğusal şəkillərini və məktublarını paylaşıb.
Əsgər və uşaq çəkilmiş şəkildə “Əziz Yunus abimə, səni sevirəm Yunus abi. Sən bizi qoruyursan, çox sağ ol” sözləri yazılıb.
Başqa bir şagird “Əsgər abi, sənə bir şey demək istəyirəm. Mən səni çox sevirəm, sən yaxşı insansan. Əsgər abi, mənə yaxşı davrandığın üçün çox sağ ol” yazıb.
Başqa bir şəkildə isə Mehmetcik məktəbi və əsgərlərin rəsmi çəkilib.
Mehman