Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionda sülhün və təhlükəsizliyin önündə əngəl olan tərəf Ermənistandır -ÖZƏL

Regionda sülhün və təhlükəsizliyin önündə əngəl olan tərəf Ermənistandır


"Qarabağda iki hərbi qulluqçumuzun şəhid olması, qarşı tərəfdən üç nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən hərbi insidentin məsuliyyəti tamamilə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərindədir. Baş verən hadisə bir daha onu sübut edir ki, regionda sülhün və təhlükəsizliyin önündə əngəl olan tərəf, Ermənistan dövlətidir".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəılxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, İrəvan hakimiyyəti Qarabağla bağlı hər hansı bir iddiasının olmadığını bildirsə də, yanaşma olaraq tamamilə fərqli mövqe nümayiş etdirərək Azərbaycanın beynəlxalq müstəvidə tanınmış ərazilərinə qarşı öz işğalçı siyasətini davam etdirir:

"Eyni zamanda məlum hadisədə birbaşa olmasada dolayısı yolla Rusiya hərbçilərinin də rolu var. Onlar 10 noyabr bəyanatının 4-cü bəndinin şərtlərini yerinə yetirmir və separatçılara hərbi aktivlik göstərmək imkanı verilir. Bununlada bir daha aydın oldu ki, Kreml münaqişənin davam etməsində maraqlıdır. Lakin hadisələrin bu məcrada inkişaf etməsi ilk növbədə Moskvanın əleyhinədir. Çünki Bakı və İrəvan yaranmış situasiyadan yararlanaraq Rusiyadan daha da uzaqlaşır. Ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında gərginliyin artmasın istəyən tərəf kimi təkcə Rusiyanı göstərmək düzgün olmaz. Çünki ən az Rusiya qədər İran və Fransada öz maraqları çərçivəsində regionda sabitliyin olmasında maraqlı deyil".

AVP rəsmisi onu da deyib ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra iki dövlət arasında normallaşma prosesinə ən böyük əngəl cənub qonşumuz İran və Fransa oldu:

"Parisin siyasi, Tehranın isə həm siyasi, həmdə hərbi dəstəyi Paşinyan hakimiyyətini revanşist meyllərə sövq edir və nəticədə gedişat bu kimi məntiqi sonluqla yekunlaşır. Xatırlatmaqda fayda var ki, bir müddət öncə İran və Ermənistanın ölkəmizə qarşı birgə hərbi təxribatlar hazırlaması ifşa olunmuşdu və bu fakt, baş verən toqquşmanın ardında İranında payı olması şübhələrini qüvvətləndirir".

Mehman
Xəbəri paylaş