Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabah Fransada toqquşmalar olacaq -ÖZƏL

Sabah Fransada toqquşmalar olacaq


Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qərara qarşı sabah ölkə boyu etiraz aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, etirazçıların say baxımından çox olacağı proqnozlaşdırıldığından frnasız ekspertlər 7 mart tarixini hətta "qara gün"i kimi də xarakterizə edirlər.

Fransa mətbuatında yer alan xəbərə görə, ölkənin ən böyük həmkarlar ittifaqları, o cümlədən Ümumi Fəhlə Həmkarlar İttifaqı (CGT) tətilə qərar verdikləri üçün sabah bu ölkədə həyat dayanacaq. Polisin etirazçılara müdaxiləsinin isə Fransada ciddi toqquşmalara gətirib çıxaracağı bildirilir.

Ölkənin rəsmi dəmir yolu operatoru SNCF xəbərdarlıq edib ki, qatar nəqliyyatında böyük fasilələr olacaq və gün ərzində bəzi ərazilərə daşıma tamamilə dayanacaq.

AirFrance də fövqəladə hallar nəzərə alınmadığı təqdirdə 10 uçuşdan 2-nin ləğv ediləcəyini bildirib.

Kəşfiyyat mənbələri başda paytaxt Paris olmaqla ölkə daxilində 1,5 milyona yaxın insanın küçələrə çıxacağını təxmin edirlər.

Mehman
Xəbəri paylaş