Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasəti eybəcər hala salanları xalq bağışlamır -ÖZƏL

Siyasəti eybəcər hala salanları xalq bağışlamır


İYİ partiyasının başqanı Meral Akşenerin "6-lı masa"dan ayrılıb, sonradan yenidən ora geri dönməsi Azərbaycanın siyasi cameəsində də ciddi tənqid olunub. Xanım siyasətçinin bu cür davranışı onun dediyi sözə əməl etməməsi, siyasi iradəsinin olmaması kimi xarakterizə edilib. Elə siyasi ekspert Çingiz Şahbazi də belə düşünür.

Ekspert Newscenter.az-a verdiyi açıqlamada deyib ki, bu bir növ siyasəti eybəcər hala salmaqdır:

"Getdi, yenidən gəldi, dediyi qumar və notariat masasına oturdu və oyuna qaldığı yerdən davam etməyə başladılar. Çünki belə istənilib. Xatırlatmaq istəyirəm ki, zəlzələ nəticəsində 50 minə yaxın insan dünyasını dəyişdi və 150 minə yaxın insan isə hələ də yaralıdır. Milyonlarla insan isə evsiz eşiksiz qalıb".

Ekspert hesab edir ki, ölkə yaralarını sarımamış, insanların göz yaşları qurumamış, dərd və sər bitməmiş, Səadət partiyasının binasında və həyətində baş verənlər təəccüb doğurur:

"Siyasəti eybəcər hala salanları xalq bağışlamır".
Xəbəri paylaş