Zaman-zaman sosial şəbəkələr üzərindən Azərbaycana qarşı müəyyən təxribatların həyata keçirildiyi, ölkəmiz müxtəlif sosial şəbəkə seqmentlərində həqiqətə uyğun olmayan məlumatların paylaşıldığı barədə fikirlər səslənib. Bu və ya digər sosial şəbəkələrə qarşı müəyyən tədbirlərin görülməsi üçün təkliflər irəli sürülsə də, lakin hələlik hansısa ciddi addım atılmayıb. Artıq cəmiyyətin ziyalı təbəqəsi də bəzi sosial şəbəkələrin ciddi təhlükə mənbəyinə çevrildiyi qənaətindədir.
Newscenter.az-ın xəbərinı görə, tarixçi Rəfail Eminov hesab edir ki, əsasən Tik-tok sosial şəbəkəsi vasitəsi ilə ölkəmizə, Azərbaycan seqmentinə çox şiddətli psixoloji hücum başladılıb:
"Hücum virtual psixoloji terror olaraq ictimai şüurda travma yaratmaq kütləni affekt vəziyyətinə gətirək Dövlətimizin müvazinətini zəiflətmək və qorxu xofu yaradaraq aydınlarımızın ictimai aktiv insanlarımızın kənarlaşdırmaq məqsədi daşayır".
Mehman