Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xankəndi-Laçın yolu nəhayət leqallaşmalı və nəzarətə götürülməlidir -ÖZƏL

Xankəndi-Laçın yolu nəhayət leqallaşmalı və nəzarətə götürülməlidir


"Baş verən hadisə bir daha Xankəndi-Laçın yolunun artıq leqallaşmasını tələb edir. Nə qədər ki, Xankəndi-Laçın yolunda qanunsuzluqlar törədiləcək və Azərbaycan tərəfi bu qanunsuzluqlarla sivil yollarla mübarizə aparacaq, bu cür qanlı olaylar qaçılmaz olacaq. Kimlərsə erməniləri Xankəndi-Laçın yoluna alternativ olan yolsuzluqlardan istifadə edərək nələrisə keçirməyə təhrik edir, Azərbaycan silahlı qüvvələri isə haqlı olaraq belə bir şeylərə göz yuma bilməz axı, o zaman 80 gündən çoxdur davam edən ictimai fəalların etirazı və gənclərimizin o yolda gecə-gündüz, soyuqda və şaxtada dayanmaqlarının nə mənası olur? Bunu məgər Rusiya sülhməramlıları görmür? Görürlərsə o zaman niyə belə insidentlərin baş verməsinə rəvac verirlər? Qanlı toqquşma Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə, məsuliyyət zonasında baş verib, demək sülhməramlılar buna görə məsuliyyət daşıyır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, bütün bu hadisələr bir daha göstərir ki, Xankəndi-Laçın yolu nəhayət leqallaşmalı və nəzarətə götürülməli və yoxlamalar tətbiq olunmalıdır:

"Belə görünür ki, ermənilər və onlara havadarlıq edənlər dünənki insidenti törətməklə Xankəndi-Laçın ilə bağlı Azərbaycana təzyiqləri artırmaq istəyirlər. Lakin unudurlar ki, geriyə yol yoxdur, ən optimal yol Xankəndi-Laçın yolunun Azərbaycan sərhədçiləri və gömrük orqanları tərəfindən nəzarətə götürülməsidir ki, bütün bu özbaşınalıqlara son qoyulsun, bunun əksi isə Qarabağda ermənilərin olan qalanına da nəzarətlərinin itirilməsi ilə nəticələnə bilər! Şadlıqlarına şitlik etməsinlər! Xankəndində başı dinc oturublarsa, bu o demək deyil ki, həmişə belə ola bilər. Seçim etsinlər!".

Mehman
Xəbəri paylaş