Türkiyədə zəlzələ bölgəsinə göndərilən yardımları mənimsəyərək Tekirdağdakı evinə aparan 4-cü dərəcəli polis rəisi Y.İ adlı şəxs həbs edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, qərarı Tekirdağ Prokurorluğu çıxarıb. Polis rəisinin zəlzələ qurbanları üçün yığılan yardımları şəxsi avtomobili ilə evinə daşıdığı barədə video görüntülər əldə edilib.
Qeyd edək ki, Y.İ isimli polis rəisinin vəzifə səlahiyyətindən sui-istifadə edərək digər cinayət əməllərinə yol verib-vermədiyi də araşdırılır.
Mehman