Bu gün paytaxtın Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Bülbül, Xəqani, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva və Bəşir Səfəroğlu küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Newscenter.az-a "Azərsu" ASC-dən verilən xəbərə görə, məhdudiyyətlər gün ərzində davam edəcək.
Səhmdar Cəmiyyətdən bildirilib ki, buna səbəb magistral su kəmərində aparılan yenidənqurma işləridir.
Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Sevinc