Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Yunanıstanın xarici işlər naziri Nikos Dendias arasında telefon danışığı olub.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı trthaber yayıb. Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli əlaqələrin inkişaf perspektivləri, bu sahədə mövcud olan problemlər və onların aradan qaldırılmasının yolları müzakirə edilib.
Qeyd edək ki, Yunanıstanın XİN rəhbəri 6 fevral zəlzələsindən sonra Türkiyəyə səfər edərək təbii fəlakət bölgəsinə getmişdi.
Mehman