Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq Birləşmiş Ştatlara xəbərdarlıq edib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, Kim Yo-jonq Vaşinqtonun müharibəyə meyilli olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, ABŞ Pxenyanın sınaq uçuşları çərçivəsində atdığı hər hansı raketi vurarsa, bu, “açıq müharibə elanı” hesab olunacaq.
O, ABŞ və Cənubi Koreyanın bölgədə keçirəcəyi birgə hərbi təlimlərin adada gərginliyi artıracağını da dilə gətirib.
Qeyd edək ki, ABŞ və Cənubi Koreyanın 13-23 mart tarixlərində bölgədə "Azadlıq Qalxanı" adlı birgə təlim keçirməyi planlaşdırır.
Mehman