Türkiyədən deportasiya edilən qeyri-qanuni miqrantların sayı 20 minə yaxınlaşır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ölkənin Miqrasiya İdarəsi Müdirliyi ilin əvvəlindən deportasiya edilən qeyri-qanuni miqrantların sayının 19 min 405 çatdığını açıqlayıb.
Təkcə 1-6 mart tarixləri arasında Ağrı, Ərzurum və İğdırdan 4 çarter reysi ilə 544 immiqrant deportasiya edilib.
Keçən il isə Türkiyədən ümumilikdə 124.441 qeyri-qanuni miqrantın deportasiya edildiyi bildirilib.
Mehman