Hər il dünyada qeyd edilən 8 mart Beynəlxalq Qadınlar gününün öz rənginin olduğu bəlkə də çoxlarına məlum deyil.
Newscenter.az vəkil Vəfa Qədirovaya istinadən xəbər verir ki, bu günün özünəməxsus rəngləri var və bu bənövşəyi, yaşıl və ağ rənglərdir
"Onları bərabərlik uğrunda mübarizə simvolu kimi Britaniya Qadın Sosial-siyasi Birliyi 1908-ci ildə təklif edib. Bənövşəyi ədalət və ləyaqət, yaşıl ümid, ağ isə saflığı səciyyə edir".
Vəfa Qədirova daha sonra bunları əlavə edib:
"1975-ci ildə BMT Baş Assambleyası martın 8-ni qadınların bütün həyat sahələri və bərabərsizlik qalıqlarına qarşı etirazda nailiyyətlərinin bayram etmə günü elan edib".
Anar