Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ana adına ehtiram bayramı

Ana adına ehtiram bayramı


Cəmiyyət müxtəlif peşələrin birgə fəaliyyəti ilə dövlətçiliyə xidmət deməkdir. Min illərdi belə olub. İndi də belədir.
Qadınların cəmiyyətin inkişafında, formalaşmasında xidmətləri danılmazdır. Bərdə hökmdarı Nüşabə fateh İsgəndəri kəskin düşüncəsi, güclü məntiqi, dövlətinə sonsuz sədaqəti ilə susdurmuş, hərbi əməliyyat aparmasının qarşısını almışdı. Hələ Ağqoyunlular dövründə Uzun Həsənin anası Sara xatun yüksək diplomatik təxəyyülü ilə dövləti labüd işğaldan xilas etmişdi. Sonralar neşə-neçə qəhrəman qadın el üçün, xalq üçün silaha sarılmışdı. Böyük Vətən müharibəsində yüzlərlə azərbaycanlı qız döyüşən orduda xidmət etmişdi, yüksək dövlət mükafatlarına layiq görülmüşdü...

Qadın həkimdir, qadın müəllimdir, qadın məmurdur, qadın dövlət xadimidir, ən başlıcası qadın Anadır. O, Ana olaraq ali vəzifələr yerinə yetirir, cəmiyyət üçün layiqli vətəndaşlar tərbiyə edir. İstər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsində rəşadətlə dö-yüşənlərimiz Vətən qarşısında borcunu yerinə yetiridi. Bu borcu yerinə yetirənlər üçün bir mü¬qəddəs niyyət olub: Ana dediyimiz Vətənin torpaqlarını işğaldan azad etmək. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə döyüşləri Zəfərlə başa çatdırdı.

Azərbaycan qalib dövlət kimi işğalın nəticələrini aradan qaldırır. Analar Azərbaycan döv¬lə¬tinin daxili siyasətini, birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ana tövsiyələrini yüksək mənəvi məsuliyyətlə yerinə yetirir, övladlarını bu ruhda böyüdür, hərbi xidmətə bu ruhda yola salır. Bunun nəticəsidir ki, onlar Vətəni qətiyyətlə qoruyurlar...

Müəllim – qadın, həkim – qadın, alim – qadın, jurnalist – qadın, hərbçi – qadın, ... Azərbaycan qa¬dınıdır. Harda işləməsindən asılı olmayaraq Azərbaycanı təmsil edir. Həm də böyük sevgilərlə təmsil edir...

8 Mart Beynəlxalq Qadınlar Bayramıdır. Bu bayramı Azərbaycan cəmiyyəti qadınlara ehtiram bayramı kimi qeyd edir. Bu ehtiram Ana adına, deməli, Vətənə ehtiramdır.

Bayramınız mübarək, əziz qadınlar! Hər birinizə can sağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram!

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Xəbəri paylaş