Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib

Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib


"Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan qadını xoşbəxt və qürurludur".

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsindəsində dünya bir daha Azərbaycan qadınlarının mərdliyinin şahidi oldu:

"Azərbaycan qadını vətənin müdafiəsi ilə yanaşı həm də dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirib. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara da borcluyuq. Ən önəmlisi isə döyüş meydanlarında şücaət böyük göstəriblər. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlarımız seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak ediblər. Azərbaycan qadını yüz illərdən bəri milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olublar".

Deputat vurğulayıb ki, müstəqilliyimizin bərpasından sonra da Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib:

"Ulu öndər Heydər Əliyev qadın şəxsiyyətinə hər zaman böyük hörmətlə yanaşıb. Bu gün Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ulu öndərin Heydər Əliyevin layiqli davamçısı cənab prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Cənab prezident İlham Əliyevin hər il 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik də dövlətimizin başçısının zərif cinsin nümayəndələrinə diqqətinin göstəricisidir. Bu gün Azərbaycan qadınları parlamentdə və digər dövlət qurumlarında uğurla təmsil olunuraraq ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın zəhmətləri böyükdür. Mehriban xanım Əliyevanın zəhmətləri və hərtərəfli fəaliyyəti sayəsində ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzu daha da yüksəklərə qalxıb. Onun xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan qadını xoşbəxt və qürurludur. Çünki onların böyütdüyü övladlar qəhrəmanlıq dastanı yazaraq, öz canları və qanları bahasına 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdilər. Beynəlxalq Qadınlar Günü münasibətilə başda Mehriban xanım Əliyeva olmaqla bütün qadınlarımızı təbrik edirəm. Bayramınız mübarək, əziz qadınlar! (sonxeber.az)
Xəbəri paylaş