ABŞ-da konfrans iştirakçıları Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatı barədə məlumatlandırılıb.
Bu barədə Newscenter.az-a Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Texas ştatının Houston şəhərində illik əsasda təşkil olunan və ABŞ, o cümlədən bir çox ölkələrdən yüksək səviyyəli dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən "CERAWeek" Enerji konfransının 41-ci illik sessiyasında iştirak edib.
Səfir Enerji konfransı çərçivəsində təşkil olunmuş "Enerji Təchizat Mənbələri və Nəqliyyat Marşrutları üzrə Dəyişən Perspektivlər" adlı plenar sessiyada natiq qismində çıxış etdib. Çıxış zamanı Azərbaycanın enerji siyasəti, neft, qaz, o cümlədən alternativ enerji mənbələrindəki potensialı, ölkəmiz tərəfindən həyata keçirilmiş genişmiqyaslı enerji infrastruktur layihələri və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu barədə iştirakçılar məlumatlandırılıb və onların qeyd edilən sahələrlə bağlı sualları cavablandırıb.
Mehman