BMT Rusiya ilə taxıl müqaviləsi üzrə danışıqları təsdiqləyib.
Newscenter.az-ın məlumatına görə, “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin nümayəndəsinin müavini Fərhan Haq deyib.
Rusiya nümayəndə heyəti ilə BMT nümayəndələri arasında taxıl sazişinin müddətinin uzadılması ilə bağlı danışıqlar gələn həftə Cenevrədə yüksək səviyyədə keçiriləcək.
F.Haq Rusiyanın Quterreşin taxıl sazişi üzrə danışıqlar aparmaq üçün Moskvaya səfərindən imtinası ilə bağlı təklifi təkzib edib. "Bu, belə deyil", - o vurğulayıb.
BMT rəsmisi əlavə edib ki, baş katib Anoniu Quterreş "imkanlar yarandıqca Rusiya hakimiyyətinin nümayəndələri ilə görüşmək istəyir və buna hazırdır".