Tariximizdə xalqının, dövlətinin taleyində müstəsna rol oynamış, öz qərarları və atdıqları addımlarla xalqımızın gələcəyinə işıq tutmuş görkəmli qadınlarımız olub. Bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında Azərbaycan xanımları müstəsna xidmətlər göstəriblər.Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün azərbaycanlı qadınlar bütün dünyada ölkəmizi layiqincə təmsil edirlər. Çox sevindirici haldır ki, bu gün də bütün fəaliyyətini xalqımızın, dövlətimizin inkişafına həsr edən işgüzar, cəsarətli, vətənpərvər xanımlar mövcuddur.
Azərbaycanın birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti bu baxımdan müsbət örnək kimi göstərilə bilər.Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən fəaliyyəti Azərbaycan xalqının və dövlətinin maraqlarını əks etdirir.Mehriban xanımın gözəl bir sözü var. O, söyləyir: ”Hər kəsin yerini və taleyini tarix özü müəyyən edir. Odur ki,həyatda böyük və kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi dərk edilmiş məsuliyyətin imkan verir".
Bəli, Mehriban xanım Əliyeva şəxsi dərk edilmiş məsuliyyətini, öz həyat kitabını 25 illik zaman aralığında Ulu öndər Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin silahdaşı olaraq Azərbaycan xalqının, yüksəlişi, çiçəklənməsi üçün atdığı bütün addımlarla hər birimizin gözlərimizin önündə yazdı.Odur ki, onun nadir şəxsiyyət olması barəsində yalnız fərdlərin deyil, bütün xalqın yekdil rəyi var.O, birinci xanım, Birinci vitse-prezident, xoşməramlı səfir, humanizm və mərhəmət ideyalarının carçısı və nəhayət, dərk olunmuş məsuliyyəti ilə mükəmməl xanım obrazını bütün parametrləri ilə öz şəxsiyyətində təcəssüm etdirən əsl Azərbaycan Qadınıdır.Zəmanəmizdə ailəni, vətəni və sülhü sevən Azərbaycan qadınının yeni simasını yaratmış Mehriban Aliyeva başında örpək şəhid anaları ilə görüşəndə də, əynində ağ xalat, şəfaya ehtiyacı olanlara baş çəkəndə də, rəsmi dövlət tədbirlərində də, hərbi paltarda riskli ərazilərə səfərində də, qəlbində söykənmiş Quranla məscidləri ziyarət edəndə də qibtə doğuracaq qabiliyyətlə dünyada Azərbaycan qadınının dövlətdə və cəmiyyətdəki rolu haqqında real obraz sərgiləyir.Bu obraz isə onun gördüyü bütün işlərin cəmi, Birinci xanımın qüdrət əsəridir...Deməli, məxsusi təbrik üçün seçim tam ədalətlidir.
Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar üçün əziz gündür. Yer üzünün əşrəfi sayılan qadınların bayramıdır!
Azərbaycan qadınlarının simvolu, Birinci vitse - prezident, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyeva başda olmaqla, o cümlədən əllərindən öpüb qarşısında baş əydiyimiz əziz şəhid, qazi analarımızı və bütün zərif cinsin nümayəndələrini 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara ailə səadəti, xoşbəxtlik, cansağlığı arzulayıram.Qoy Uca Tanrı, Ana Vətənimiz olan Azərbaycanımızı, onu var edən Uca Millətimizi və bütün bəşəriyyəti qorusun!
Bayramınız mübarək olsun, Əziz Qadınlarımız!
Dərin hörmət və ehtiramla Aygül Bağırova