Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb Rusiya qarşıdurmasının Cənubi Qafqaz meydanı

Qərb Rusiya qarşıdurmasının Cənubi Qafqaz meydanı


Xankəndi və ətraf ərazilər üzərində Azərbaycanın suverenliyinin bərpası öz məntiqi sonluğuna yaxınlaşır. Prosesin aydın mənzərə almasına əlbəttə ki, Azərbaycan dövlətinin şaxəli apardığı siyasətə yanaşı, Xankəndi - Laçın yolunda Azərbaycan ictimai aktivistlərin keçirdiyi aksiyanın əhəmiyyətli təsiri var.

Ermənistan - Azərbaycan sərhəddində və eləcədə Xankəndi - Laçın yolu üzərində Azərbaycanın suverenliyinin bərpası çərçivəsində nəzarət buraxılış məntəqəsinin və digər müvafiq nəzarət postlarının beynəlxalq standartlara uyğun qurulması artıq həll edilmiş məsələdir. Və bu məsələnin həlli, erməni separatçılarına himayədarlıq edən rus "sülhməramlılar"ın bir başa iştirakı ilə

Xankəndi - Xəlfəli yolu ilə Ermənistandan Xankəndinə silah - sursat karvanının təkzibedilməz sübutlarla daşlnması faktının dünya ictimaiyyətinə təqdim edilməsi, Xankəndi və ətraf ərazilər üzərində Azərbaycanın suverenliyinin tam bərpası ilə yanaşı və həm də rus "sülhməramlılarının" Qarabağdan çıxarılması üçün əsas yaradır.

Proseslərin belə istiqamətdə getməsi Ermənistanla yekun sülh müqaviləsi imzalanana qədər Azərbaycanın öz suveren ərazilərində geniş antiterror əməliyyatının keçirilməsini də daimi gündəmdə saxlayır.

Nəzərə alsaq ki, ABŞ və Aİ Azərbaycanın istəyinə uyğun Ermənistan - Azərbaycan arasında bir başa dialoqun qurulması tərəfdarı kimi çıxış etməsi, hər iki tərəfə tərəfdaş olduğunu bəyan etməsi və hər iki tərəf daxilində komunikasiya infrastrukturunun suverenlik prinsiplərinə uyğun təşkilini dəstəkləməsi sözsüz ki, regionda sülhün bərqarar olmasına və Rusiyanın bölgədən çıxarılmasına hesablanıb. Rusiyanın israrlı təkliflərinə baxmayaraq Ermənistanın Azərbaycanla sərhəddə KTMT qüvvələrinin yerləşdirilməsinin rədd edərək Avropa İttifaqının mülki missiyasının Ermənistan tərəfdən sərhəddə yerləşdirilməsi bir mənalı Rusiya qarşı siyasi və hərbi nətivələr verə biləcək qərar idi. Azərbaycanın Rusiyaya Xankəndidə və ətraf ərazilərdə separatizmi alovlandırmaq cəhdi və oraya Ermənistandan silah-sursat daşınmasını təşkil etməsinə yüksək səviyyədə (MN, XİN) qəti etirazı proseslərin qeyd etdiyim məcrada getdiyini göstərir.

Məlumdur ki, Rusiya Ukraynada təcavüzkar müharibəsi ilə özünü bütün sivil dünyaya qarşı qoyub və Rusiya yaratdığı və dəstəklədiyi konfliktlərlə özünün regionlarda mövcudluğunu təmin edir. Təbii ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, Xankəndidə və ətraf ərazilərdə Azərbaycanın suverenliyinin bərpası Rusiyanın regiondan çıxışı ilə nəticələnməlidir. Bu həm də Ermənistandakı rus hərbi bazalarına aiddir. Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasına dair silsiləli və eyni ilə Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin rus sülhməramlılarına qarşı etiraz aksiyaları Rusiyanın bölgədən çıxarılması üçün aparılan davamlı əməli siyasi xəttidir. Gürcüstanda da xaricdən maliyələşən təşkilatlarla bağlı Rusiyada qəbul edilmiş qanuna uyğun yeni qanun lahiyəsinə qarşı keçirilən aksiyanın prezident Salome Zurabaşvili tərəfindən dəstəklənməsi Cənubi Qafqazda Rusiya-Qərb qarşıdurmasının həlledici mərhələdə olduğunu göstəricisidir. Qərbin Rusiyaya qarşı bu davamlı təzyiqinə Moskvanın regionda xarakterindən asılı olmayaraq müxtəlif təxribatlar həyata keçirəcəyi şübhəsizdir.

Vüqar Dadaşov
Milli Cəbhə Partiyası - MCP SŞ-nın üzvü, hüquqşünas
Xəbəri paylaş