Birləşmiş Ştatlar qarşıdakı illərdə büdcə kəsinni azaltmağı nəzərdə tutub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ABŞ prezidenti Co Bayden tərəfindən bu gün Konqresə təqdim ediləcək 2024-cü maliyyə ili büdcəsi çərçivəsində ölkənin büdcə kəsirinin qarşıdakı 10 ildə təxminən 3 trilyon dollar azaldılması hədəflənir.
Bunu Ağ Ev rəhbərinin sözçüsü Jean-Pierre də gündəlik keçirdiyi mətbuat konfransında deyib.
O, qarşıdakı illərdə ABŞ-a sərmayə qoyanların xərclərini azaltmaqla yanaşı, zəngin və böyük şirkətlərin ödəyəcəyi vergilərlə bağlı islahatların aparılacağını da bildirib.
Mehman