ABŞ-ın Kentuçi ştatında keçirilən dini mərasimə qatılan təxminən 20 min şəxsin qızılca xəstəliyinə tutulma riski yaranəb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən verilən açıqlamada, həmin tədbirə qatılan şəxslərdən birində qızılca xəstəliyinin aşkarlandığı qeyd edilib.
Mərkəz sözügedın mərasimdə iştirak edən hər kəsi müayinədən keçməyə və peyvənd vurdurmağa çağırıb.
Qurum xəbərdarlıq edir ki, qızılca virusu tənəffüs yolu ilə keçir və son dərəcə yoluxucudur. Bu xəstəlik bütün dünyada bu epidemiyanın, xüsusən də uşaq ölümlərinin əsas səbəbidir.
Mehman