Birləşmiş Ştatlarda işsiz vətəndaşların sayı kəskin şəkildə artmaqdadır. Newscenter.az trthaber-ə istinadən bildirir ki, ilin ilk iki ayında ABŞ-da fəaliyyət göstərən işəgötürənlərin ixtisarları 180 713 nəfərə yüksəlib ki, bu da 2009-cu ildən bəri ən yüksək səviyyədir.
Məlumata görə, təkcə bu ilin yanvar ayında 102 min 943 nəfər işdən azad olunub.
Fevral ayında isə ixtisarlar ötən ilin eyni dövrü ilə müqayisədə 410 faiz artıb.
Cari ilin ilk iki ayında ümumilikdə ixtisarlar 2022-ci ilin ilk 2 ayı ilə müqayisədə 427 faiz artaraq 180 min 713 nəfər olub.
Mehman