"Azərbaycanın etibarlı tərəfdaş dövlət kimi tanınması uğurlu xarici siyasətin nəticəsidir. Həyata keçirilən çevik və fəal diplomatiyamız Azərbaycanın dostlarının sayını daha da artıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri tarix üzrə fəlsəfə doktoru, dosent Aybəniz Rüstəmova səsləndirib. O bildirib ki, xarici siyasətimzin prioritet istiqaməti qonşu dövlətlərlə münasibətlərin normal qurulmasıdır. Azərbaycan regional əməkdaşlığa hər saman üstünlük verib:
"Bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın dərinləşdirilməsi böyük əhəmiyyət daşıyır. Azərbaycan bu baxımdan səylərini ciddi şəkildə davam etdir. Prezident İlham Əliyevin sözlərinə görə, Avropa İttifaqı ilə əməkdaşlıq artım dinamika ilə inkişaf edir: “Avropa İttifaqına üzv olan doqquz ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq sənədləri vardır. 9 ölkə Avropa İttifaqına üzv ölkələrin üçdə birdir”.
Aybəniz Rüstəmova qeyd edib ki, artıq Azərbaycan beynəlxalq təşkilatlardakı fəaliyyətini daha da gücləndirib:
"Bir sıra beynəlxalq təçkilatlarda Azərbaycanın təşəbbüskarlığı diqqət çəkir".
Mehman