Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Latviya münasibətləri yeni inkişaf mərhələsində

Azərbaycan-Latviya münasibətləri yeni inkişaf mərhələsində


Baltikyanı ölkələrlə əməkdaşlığı sistemli şəkildə genişləndirib dərinləşdirməklə həm ikitərəfli,həm Avropa İttifaqı və NATO,həm də qlobal, beynəlxalq səviyyədə Azərbaycanın maraqlarana cavab verən çoxşaxəli nəticə və effektlərə nail olmaq olar.

Azərbaycan müstəqillik əldə etdikdən sonra əməkdaşlığa önəm verdiyi ölkələr arasında üç Baltikyanı respublika, xüsusən də Latviya mühüm yer tutur. Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin qəbul edilməsindən sonra iki ölkənin əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə adlayıb.Azərbaycanla Latviya arasındakı münasibətlər çox yaxşı siyasi təməl üzərində, dostluq,bərabərhüquqluluq və qarşılıqlı faydalılıq prinsipləri əsasında qurulduğundan,Latviya Prezidentinin martın 8-də Azərbaycana səfəri həm müzakirə edilən məsələlər mahiyyət baxımından hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir,həm də əhatə dairəsi baxımından perspektivli xarakter daşıyır. Latviya Prezidentinin bu səfəri Latviya ilə Azərbaycan arasında mövcud olan Strateji Tərəfdaşlıq üzrə Bəyannamənin ruhunu əks etdirməklə, bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq etdi.Səfər zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həm Qafqaz regionunda təhlükəsizliklə bağlı vəziyyət, həm də Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın aktual məqamları və sair bu kimi məsələlər müzakirə olunub. Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında bildirib ki:"Siyasi dialoq və iqtisadi əməkdaşlıq Azərbaycanla Latviya arasında sıx münasibətlərin qurulmasında qarşılıqlı siyasi iradəmizi göstərir. Həmçinin Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında çox uğurla inkişaf edən əməkdaşlıqda mühüm rol oynayır".Latviya Prezidenti Egils Levits bildirib ki:“Otuz il ərzində Latviya ilə Azərbaycanın ikitərəfli münasibətləri uğurla inkişaf edib".

Azərbaycanın Latviya və difgər Baltikyanı ölkələrlə əməkdaşlığının artan xətt alması ikitərəfli əlaqələrin genişləndirlməsinin qarşılıqlı faydaları ilə yanaşı,həm də o deməkdir ki, Azərbaycan Avropa İttifaqı üçün əhəmiyyəti artır.Azərbaycan Avropaya neft, təbii qaz, elektrik enerjisin, neft və neft-kimya məhsulları ixrac edir. Azərbaycan,Gürcüstan, Rumıniya və Macarıstan arasında müvafiq razılaşma əsasınirilməyə balayacaq və yaxın vaxtlarda ölkəmiz Avropaya yaşıl enerji də ixrac etməyə başlayacaq.

Azərbaycanla Latviya arasınadkı münasibətlərin 3 müstəvidə inkişaf etdirilməsi perspektivli xarakter daşıyır:

Birincisi, iki ölkə arasında siyasi dialoqun,ticari-iqtisadi əməkdaşlığın genilndirilməsi və dərinləşdirilməsi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində Latviya şirkətlərinin iştirakı, bərpaolunan enerji, turizm, İKT, süni intellekt və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə imkanlardan dolğun istifadə edilməsi.

İkincisi, Latviya ilə əməkdşalıq Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafında lazımlı bir platformadır.Eyni zamanda Avropa İttifaqı ilə əməkdaşlığımızın inkişafı Baltikyanı ölkələr,o cümlədən Latviya ilə Strateji Tərəfdaşlıq üzrə Bəyannaməyə uyğun olaraq əlaqələrimizin genişlənməsi və dərinləşməsinə əlavə impuls verir.

Üçüncüsü, Azərbaycanla Latviya arasınadkı münasibətlərin həm ikitərəfli formatda,həm də Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq kontekstində inkişafı münsibətlərimizin qlobal, beynəlxalq səviyyədə də daha miqyaslı şəkildə genişlənməsinə hərtərəfli şərait yaradacaq.

Latviya Respublikasının Prezidenti Egils Levitsin Bakıya səfərinin çox diqqətçəkən və önəmli məqamlarından biri də budur ki, dövlətlərin ərazi bütövlüyünün və beynəlxalq hüququn ölkəsinin xarici siyasətinin təməl prinsipi olduğunu bildirərək, bu xüsusda Latviyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.Latviya prezidentinin bu fikri məni Azərbaycan Parlamenti xətti ilə Baltikyanı ölkələrlə əməkdaşlıq sahəsində fəliyyətimizin bir istiqamətinin bəzi nüanslarını xatırlatdı:Uzun illərdir ki, GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi Baltik Assambleyasının tədbirlərində iştirak edirik. Baltik Assambleyasının tədbirlərində bizim çox saylı çıxışlarımızın xeyli hissəsi Qarabağa,işğal altında olan torpaqlarmıza həsr olunurdu və Baltikyanı ölkələrdən əlavə Benilüks ölkələri (Belçikanı, Niderlandı, Lüksemburq), Şimal ölkələri (İsveç, Norveç, Finlandiya, Danimarka,İslandiya), eləcə də Vişeqrad qrupu ölkələrinin (Macarıstan, Polşa, Çexiya, Slovakiya) parlament rəhbərlərinin,nazirlərin və digər dövlət adamlarının,alim və mütəxəssislərinin və və digər nümayəndələrinin iştirak etdiyi çox geniş auditoriya kimi istifadə edirdik.Hətta İkinci Qarabağ müharibsindən bir neçə il əvvəl Baltik Assambleyasının Qarabağ münaqişəsi ilə baglı daha çox Azərbaycanı dəstəkləyən bəyanatın verilməsinə belə nail ola bildik.Ona görə də məndə belə bir inam var ki, Baltikyanı ölkələrlə əməkdaşlığı sistemli şəkildə genişləndirib dərinləşdirməklə həm ikitərəfli,həm Avropa İttifaqı və NATO,həm də qlobal beynəlxalq səviyyədə Azərbaycanın maraqlarana cavab verən çoxşaxəli nəticə və effektlərə nail olmaq olar.

Əli Məsimli-Milli Məclisin deputatı
Xəbəri paylaş