Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda keçirilən Qlobal Forum, ölkəmizin gündən-günə yüksələn nüfuzunun və inkişafının göstəricisidir

Azərbaycanda keçirilən Qlobal Forum, ölkəmizin gündən-günə yüksələn nüfuzunun və inkişafının göstəricisidir


"Bu gün X Qlobal Bakı Forumu öz işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun keçirilməsi dünyada aktual olan və insanları narahat edən məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili bildirib ki, 2013-cü ildən etibarən ənənəvi olaraq hər il Prezident İlham Əliyevin himayəsi altında Azərbaycanda keçirilən Qlobal Forum, ölkəmizin gündən-günə yüksələn nüfuzunun və inkişafının göstəricisidir:

"61 ölkədən 360-dək nümayəndənin iştirak etdiyi X Qlobal Bakı Forumunda dünya ölkələrinin dövlət başçılarının və ictimai-siyasi xadimlərinin iştirakı tədbirin əhəmiyyətini bir daha göstərir. Müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi Azərbaycan, artıq qlobal problemlərin müzakirə olunduğu bir məkana çevrilib. Bu gün dünya ölkələri arasında böyük nüfuza sahib olan Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər, Azərbaycanın qüdrətli dövlət olduğunu bir daha dünyaya sübut edib və dünya siyasi arenasında mövqeyini daha da möhkəmləndirib".

Ruhiyyə
Xəbəri paylaş