Çin tik-tok sosial şəbəkə platforması vasitəsilə istifadəçilərin cihazlarına daxil olub onların məlumat bazasını ələ keçirə bilir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Şray belə bir açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, bu yolla hətta istifadəçinin cihazından müəyyən əməliyyatlar da həyata keçirmək mümkündür:
"Çin TikTok vasitəsilə milyonlarla istifadəçinin məlumatlarına nəzarət edə, onların quraşdırıldığı cihazlarda proqram təminatına nəzarət edə və istifadəçilərin müəyyən məsələlərə yanaşmasına təsir göstərə bilər".
Mehman